Azərbaycan Ordusunun minaya düşən hərbçisi şəhid olub

Azərbaycan Ordusunun hərbçisi şəhid olub.

 

Müdafiə Nazirliyindən APA TV-yə bildirilib ki, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı partlayış nəticəsində yaralanmış hərbçi vəfat edib.

 

Suqovuşan yaşayış məntəqəsi istiqamətində, azad edilmiş ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı aprelin 3-də mina partlaması nəticəsində xəsarət alan Ordumuzun hərbi qulluqçusu əsgər Bayramov İlkin Bayram oğlu həkimlərin səyinə baxmayaraq, bu gün səhər saatlarında vəfat edib. 

 

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Müəllif | Apa.Tv
Apa.tv