Azərbaycan ordusunun seçdiyi müəkəmməl hücum taktikası…

Füzuli şəhərinin düşməndən azad edilməsindən bir il ötür. 44 günlük vətən müharibəsi zamanı işğalçı Ermənistan ordusunun ən ciddi şəkildə müdafiə etdiyi rayonlardan biri Füzuli idi. Həm müdafiə eşalonlarının burada olması, həm də cənub cəbhəsində yerləşən ərazilərə aparan yolun Füzulidən keçməsi düşməni buna vadar edirdi. Elə bu səbəbdən də Füzuli rayonu ərazisinə xeyli sayda döyüş texnikası və canlı qüvvə toplanılmışdı. Ancaq Azərbaycan ordusunun seçdiyi mükəmməl hücum taktikası düşməni məyyus etməklə yanaşı Füzulini də azad etdi...

23 avqust 1993-cü ildə erməni təcavüzkarları tərəfindən işğal olunan Füzuli şəhəri gördüyünüz bu xarabalığa çevrilib. Burada mədəniyyət ocaqları, səhiyyə, təhsil ocaqları tamamı ilə yerlə yeksan edilib. Demək olar ki, şəhərdə daş üstə daş qalmayıb. Ancaq ötən ilin bu vaxtı, məhz elə bu gün rəşadətli Azərbaycan ordusu Füzuli şəhərini işğaldan azad etdi. 

Bəli, qeyd etdiyimiz kimi Ermənistan ordusunun müdafiyə eşalonları, ağılagəlməz istehkam qurğuları, habelə ağır zirehli texnikarının Füzulidə cəmləşməsinin bir səbəbi var idi: Erməni komandanlar elə zənn edirdi ki, ordumuz eşalonları yardıqdan sonra Füzuli istiqamətində irliləyəcək. Bu zaman orada qurulmuş istehkam sədlərinə yerləşdirilən canlı qüvvə və döyüş texnikaları bu hücumun qarısını rahatlıqla ala biləcək. Ancaq hər şey tam əksinə oldu. Vəziyyəti qiymətləndirən ordu komandanlarımızın qərarları düşmənin bütün planlarını alt-üst edib.

Xüsusi təyinatlı qüvvələrin, birlik və birləşmələrin tərkibində olan əlahiddə kəşfiyyat tabor və bölüklərinin fərqli istiqamətlərdən Füzuli şəhərinə doğru irəliləməsini görən düşmən çox ciddi cəhdlərlə müdafiə olunmağa çalışır. Xeyli davam edən gərgin döyüşlərdən sonra ağır itkilər verən düşmənin qərarı geri çəkilmək olur.

Azərbaycan ordusunun qarşısında tab gətirməyib döyüş meydanında qaçan işğalçı ordu Füzuli rayonunundakı mövqeləri ilə birlikdə döyüş ruhunu da itirir. Bununla da fərarilik hallarının çoxlaması müşahidə olunur. Bir sözlə, Ermənistan ordusu Füzuli cəbhəsində silah-sursatları ilə yanaşı hərbçi şərəflərini də qoyub qaçmışdılar desək yanılmarıq.

Qədim yaşayış məskənlərimizdən olan Füzulinin azad edilməsindən qarşı tərəfdən fərli olaraq Azərbaycan ordusunun ruh yüksəkliyi və döyüş əzmi daha da artır. Hərkəsin birləşib dəmir yumruğa döndüyü məmləkətin ordusu bundan sonra daha da inamla döyüş əməliyyatlarına davam edib.

Artıq Füzuli şəhərinin azadlığının bir yaşı tamam olur. Otuz ilə yaxındır ki işğalda olan, erməni vandallarının tarimar etdiyi rayonda inşa işləri görülür. Tarixi zəfərimizin yoluna qucaq açan Füzuli rayonu ən yaxın gələcəkdə gözəl şəhərlərdən birinə çevriləcək və bir daha oranın işğal edilməsinin ildönümünə kədərlənməyəcəyik...

Elgün Gəncimsoy, Arzu Quliyev, APA TV – Füzuli 

       

Müəllif | Apa.Tv
Apa.tv