Azərbaycan Prezidenti Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Prezident İlham Əliyev dekabrın 13-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin məlumatına görə, qonaqları salamlayan dövlət başçısı Bakı kimi Həştərxanın da Xəzərin sahilində yerləşdiyini, buna görə də iki şəhər arasında münasibətlərin qədimdən olduğunu, Həştərxana səfəri zamanı da bu barədə ona məlumat verildiyini xatırladıb.
Həştərxanda Azərbaycan İşgüzar Mərkəzi yaradıldığını deyən dövlət başçısı, Bakıda da Həştərxan İşgüzar Mərkəzinin açılış hazırlandığını bildirib. Həştərxan ilə Bakını bağlayan amillərdən danışan Prezident İlham Əliyev birbaşa aviasiya əlaqəsinin yaradılmasını müsbət qiymətləndirib. Azərbaycana gələn rusiyalı turistlərin az olduğunu deyən dövlət başçısı birbaşa reysin bu problemin aradan qalxmasına töhfə verəcəyini vurğulayıb. Arxada qoyduğumuz iliN Azərbaycan-Rusiya əlaqələrində əlamətdar hadisələrlə yadda qaldığı bildirilib. Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycanı Xəzəryanı regionda əsas tərəfdaşlardan biri kimi gördüklərini diqqətə çatdırıb. Əmtəə dövriyyəsi, turizm sahəsində sıx münasibətlər, işgüzar əlaqələr, Bakıda Həştərxan İşgüzar Mərkəzinin tikintisinin gedişindən razılıq bildirilib.