Azərbaycan Prezidenti Yunanıstan Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulunu təbrik edib.

 

Təbrikdə deyilir:

 

 “Hörmətli xanım Prezident,

 

Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafı, əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

 

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram”.

Müəllif | Apa.Tv
Apa.tv