Azərbaycan Prezidentinin köməkçisi: “Ermənistanın kamikadze dronu məhv edilib”

“Ermənistanın kamikadze dronu Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən uğurla məhv edilib”.

 

APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabındakı paylaşımında bildirib. 

 

Hikmət Hacıyev qeyd edib ki, kamikadze dron mülki obyektlərin ətrafında hərəkət edib, dronun məhv edilməsi nəticəsində daha çox mülki şəxsin həyatı xilas edilib.

 

“Ermənistanın dövlət terroru davam edir. Sülhə vadar etmə missiyası Ermənistanı dayandırmağa davam etməlidir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.   

 

Müəllif | Apa.Tv
Apa.tv