Azərbaycan-Rusiya sərhədində yük maşınlarının növbəsi yaranıb
Azərbaycan-Rusiya sərhəddindəki Samur gömrük-keçid məntəqəsində yük avtomobillərinin növbəsi yaranıb.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hazırda ərazidə 500 yük maşını qonşu ölkəyə keçmək üçün gözləyir.
Samur gömrük-keçid məntəqəsindən APA TV-nin yerli bürosuna bildirilib ki, yaranan növbələr mövsümi xarakter daşıyır.
Hazırda gün ərzində 250-300 maşın Rusiyaya keçir və hər hansı texniki problem yoxdur. Samur gömrük-keçid məntəqəsindən verilən məlumata görə, əgər Rusiya tərəfi bu sayı artırsa Azərbaycan tərəfi də bu sayı artıra bilər.