Azərbaycan Rusiyadan 300 000 doza “Sputnik V” vaksini alacaq

Baş nazir Əli Əsədov "Dərman vasitəsinin idxalı barədə" sərəncam imzalayıb. 

 

APA TV-nin məlumatına görə, sərəncama əsasən,  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiya Federasiyasının “HUMAN VACCINE” MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat Sazişinə əsasən 300 000 (üç yüz min) doza “Sputnik V” dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 (yüz səksən) gün müddətində həyata keçiriləcək. 

 

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Sərəncamdan irəli gələn məsələlərin həllini təmin edəcək.

 

Qeyd edək ki, eyni zamanda 180 gün ərzində Azərbaycana 432 000 doza “AstraZeneca” vaksini gətiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv