Azərbaycan sərhədində zəlzələ qeydə alındı
Gürcüstan-Azərbaycan sərhədində zəlzələ qeydə alınıb.
Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 12:36-da Zaqatala stansiyasından 29 km şimal-qərbdə qeydə alınıb.
Zəlzələ epsentirdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.