Azərbaycan Texnologiya Universitetində dezinfeksiya işləri aparılıb – KORONAVİRUS TƏHLÜKƏSİ

Koronavirus təhlükəsinə qarşı Azərbaycan Texnologiya Universitetində dezinfeksiya işləri aparılıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, mütəxəssislər tərəfindən tələbələr üçün nəzərdə tutulan avtobus, akt zalları, auditoriyalar, laboratoriyalar, təlim mərkəzləri, dərs və iş otaqları, sanitar qovşaqlar və zirzəmilər dezinfeksiya edilib.

 

6 tədris korpusu və inzibati bina dezinfeksiya edildikdən sonra, işlər universitetin idman zalında və yataqxanada aparılıb.

 

Dezinfeksiya işlərini icra edən mütəxəssislər bildiriblər ki,  koronavirus havada uzun müddət qalıcı olmasa da, səthlərdə 9-12 saatadək qalıcılıq qabiliyyəti var.

 

Dezinfeksiya zamanı Türkiyə və İspaniya istehsalı yüksək keyfiyyətli dərman preparatlarından, xloramindən istifadə olunub.

 

Qeyd edək ki, ölkə ərazisində koronavirusun yayılma təhlükəsinin qarşısının alınması məqsədilə təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv