Azərbaycan-Türkiyə təlimləri Quru Qoşunlarının iştirakı ilə davam edir

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi Quru Qoşunları bölmələrinin iştirakı ilə davam edir.

 

Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, bu mərhələdə Quru Qoşunlarının bölmələri mürəkkəb taktiki elementləri məşq ediblər.

 

Bölmələr müasir döyüş vasitələrindən istifadə edərək şərti düşmən hücumunun dəf edilməsi tapşırıqlarını yerinə yetiriblər.

 

Müəllif | Apa.Tv
Apa.tv