Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında NÖVBƏTİ GÖRÜŞ - VAXT AÇIQLANDI

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun erməni həmkarı Ararat Mirzoyan İsveçrənin paytaxtı Cenevrədə görüşəcək.

 

APA TV xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Unanyan "Twitter"də bildirib.

 

Onun sözlərinə görə, görüş bazar günü - oktyabrın 2-də baş tutacaq.

 

Qeyd edək ki, bundan əvvəl iki nazir ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə sentyabrın 20-də Nyu-Yorkda bir araya gəlmişdi. Həmin görüşdə ABŞ tərəfi nazirlərin yaxın günlərdə daha bir görüşünün keçirilməsi təklifi ilə çıxış etmişdi.

 

Müəllif | Apa.Tv
Apa.tv