Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

 

APA TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı məsələlər, döyüş bölgəsində vəziyyət müzakirə edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv