Azərbaycan və Türkiyə müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə edib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsində səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovu Milli Müdafiə Nazirliyində qarşılayıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

İki nazir əvvəlcə təkbətək görüşüb, daha sonra nümayəndə heyətlər arasında görüş keçirilib.

 

Görüş zamanı ikitərəfli, regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib, müdafiə sənayesi sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv