Azərbaycan və Türkiyə ordularının birgə təlimləri davam edir

Birgə təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra olunub. Təlimə ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub. “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi Bakı şəhəri ilə yanaşı, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla, ölkəmizin müxtəlif istiqamətlərində təşkil olunub. Təliminin "Yüksək səviyyəli müşahidəçi günü”ndə silah və texnika sərgisi də nümayiş etdirilib. Azərbaycan Ordusunun arsenalında olan zirehli döyüş maşınları, müxtəlif təyinatlı hərbi texnika, pilotsuz uçuş aparatları, eləcə də digər hərbi vasitələri, həmçinin Türkiyənin "ROKETSAN", "HAVELSAN", "ASELSAN", "BAYKAR" və digər şirkətlərinin stendləri sərgidə təqdim edilib.

ORXAN ASLAN

RASİM BƏHRAMİ APA TV

Müəllif | Apa.Tv
Apa.tv