Azərbaycan və Türkiyə razılığa gəldilər
Azərbaycan və Türkiyə bir sıra malların gömrük rüsumları tətbiq edilmədən ixracı barədə razılığa gəliblər. Türkiyə ilə Azərbaycan arasında imzalanan yeni güzəştli ticarət sazişinə əsasən, Azərbaycan və Türkiyədən bir sıra malların idxalı 10 il müddətinə gömrük rüsumundan azad edilib. Qeyd edək ki, Türkiyə Azərbaycandan spirtli içkilər, tut, heyva, dəmir-polad məmulatları və qablaşdırma materialları idxal edəcək. Azərbaycan isə Türkiyədən gömrük rüsumları tətbiq edilmədən mis məftillər, paltaryuyan maşınlar, monitorlar, videoregistratorlar, avtomobil hissələri və aliminium idxal edə biləcək. AYTƏN SAKİTQIZI APA TV