Azərbaycan və Ukrayna Prezidentləri bəyanatlarla çıxış edib

Geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub.

Gəncə şəhəri və Odessa şəhəri arasında Niyyət Protokolunu, Quba şəhəri ilə Truskavets şəhəri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Müqaviləni Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Ukraynanın Dövlət Tənzimləmə Xidməti arasında biznesin aparılması şəraitinin tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında Sazişi, Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidməti ilə Ukraynanın Dövlət Xüsusi Rabitə və Məlumatın Mühafizəsi Xidməti Administrasiyası arasında Bakı-Kiyev dövlətlərarası hökumət rabitə xəttinin təşkil edilməsi haqqında Sazişi Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov və Ukraynanın Xarici İşlər naziri Vadim Pristayko imzalayıb.

Sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış edib.

Müəllif | Apa.Tv
Apa.tv