Azərbaycan, yoxsa Türkiyə kanalları - Hansına daha çox baxılır?

Audiovizual Şuranın 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda şura sədri İsmət Səttarov bildirib ki, yaxın gələcəkdə “Media haqqında" qanuna dəyişliklər edilə bilər.

Onun sözlərinə görə, ötən həftə Azərbaycanda yayımlanan kanallar arasında baxışa görə liderliyi yerli kanallar edib.

Qeyd olunub ki, bu  il televiziyalara 8 xəbərdarlıq edilib, 4 dəfə yayımın dayandırılması ilə bağlı qərar qəbul olunub. Radioalara isə 1 efir dayandırılması tətbiq edilib. Şura sədri televiziyalarda istinadsız xəbər verilməsi məsələsinə münasibət bildirərkən deyib ki, istinadlarla bağlı ən yaxşı yol telekanalların rəhbərliyinə bildiriş yazmaqdır. Bildiriş yazıldıqdan sonra nəticə yoxdursa, məhkəməyə müraciət etmək olar.

Müəllif | Apa.Tv
Apa.tv