Azərbaycana COVAX platforması çərçivəsində vaksin gətirilib

Azərbaycana COVAX platforması çərçivəsində yeni növ koronavirusa (COVİD-19) qarşı vaksin göndərilib.

APA TV-nin məlumatına görə, vaksin yüklü təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Azərbaycana Koreyadan “AstraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi (“Vaxzevria”)  gətrilib. Bunu səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

"Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində yeni növ koronavirus infeksiyasını (COVİD-19) idarə olunan səviyyədə saxlanan səviyyədə saxlamaq mümkün olub. Bunun üçün ölkəyə peyvənd materialları gətirilməlidir. Bunun üçün ölkədə həm ikitərəfli,  həm də multiplatforma çərçivələrində addımlar atılıb. Artıq Çin istehsalı olan peyvəndlər ölkəyə gətirilib. Bu gün isə COVAX platforması çərçivəsində “AstraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi (“Vaxzevria”)  gətrilib. Bu, ilk partiyadır. Əhalimiz nə qədər tez peyvənd olunsa, kollektiv immunitet yaransa, biz bu COVİD-19 bəlasından o qədər tez xilas olacağıq”.

Kestutis Yankauskas deyib ki, gələcəkdə digər peyvəndlərin də çatdırılması peyvənd seçiminə imkan verəcək: “Azərbaycan hökuməti vaksinasiyanı erkən başlatmaqla artıq çox uğurlu iş görüb. Vaksinlərlə bağlı töhvə verələrin hamısına – Ümumdünya Səhiyyə Təşkilatına, UNİSEF-ə və COVAX mexanizminə dəstək verən digər ölkələrə təşəkkürümüzü bildiririk. Mən yalnız hər kəsi ən uyğun zamanda vaksinasiya üçün müraciət etməyə çağıra bilərəm. Çünki bu COVID-19-la mübarizənin ən yaxşı yoludur”.

Qeyd edək ki, ümumilikdə “AstraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin may ayının sonuna qədər Azərbaycan Respublikasına idxalı nəzərdə tutulub.

Müəllif | Apa.Tv
Apa.tv