Azərbaycana daha çox turistin gəlməsinə nə mane olur?
Azərbaycanın təbii-coğrafi şəraiti turizmin inkişafı üçün böyük perspektivlər açır. Son illərdə bu sahəninn inkişafı üçün dövlət səviyyəsində mühüm işlər həyata keçirilib. Lakin qonşu ölkələrlə müqayisədə Azərbaycan turist cəlbində arzulanan səviyyəyə çata bilmir. Buna səbəb müvafiq imkanların olmaması deyil təbii ki. Pandemiyanı bir kənara qoysaq, digər səbəb sədəcə qiymətlərin yüksək olmasıdır. Demək olar ki, tək-tük travel şirkətləri var ki, münasib qiymət təklif edirlər. Məsələn elə götürək “PIN Travel” şirkətini. Şirkətin direktoru Lalə Paşayeva deyir ki, hazırda ölkəyə Türkiyə, Rusiya, Hindisatan və Birləşmiş Ərəb Əmirliklərindən daha çox turist gəlir. Onun sözlərinə görə, ölkəyə turist axınını gücləndirmək üçün hazırda qiymətləri minimuma endiriblər.
Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə də deyir ki, ötən illə müqaisədə bu ilin yanvar-mart aylarında Azərbaucana səfər edən turistlərin sayı 369 mindən çox olsa da, pandemiyadan öncəki rekord göstəriciyə hələ ki, çatmaq mümkün deyil.
Ekspertlər hesab edir ki, rekord nəticəyə yaxınlaşmağın yeganı yolu turizm bazarında azad rəqabətin təmin edilməsidir.Bunun fonunda xarici qonaqlara individual şəkildə və münasib qiymətlərlə xidmətin göstərilməsi ölkəyə turist axının sürətləndirə bilər.
Bəli, bu gün dünyada növbənöv turizm kampaniyaları elan edilir. Amma bizdə isə paytaxtla yanaşı, rayonlarda da istirahət mərkəzlərində qiymətlər “od püskürür”. Hələ xidmətin səviyyəsindən danışmırıq. Nəticədə həm yerli, həm də xarici turistlər daha sərfəli qiymət və xidmət təklifinə görə qonşu ölkələri seçirlər. Ekspertlər bu sahədə ciddi dönüşə, islahatlara ehtiyac olduğunu deyirlər. Əks halda bir gələn bir də gəlməyəcək və ya Azərbaycana maraq sürətlə azalacaq.