"Azərbaycana qarşı qərəzli mövqeyin əsas səbəblərindən biri də islamofobiyadır"
31 fərqli ölkədən tanınmış ekspert və mütəxəssislər Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçiriləcək beynəlxalq konfransa qatılacaq.
Bunu konfransdan öncə mətbuata Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov deyib. O bildirib ki, konfransın əsas müzakirə mövzusu Qərbdə baş qaldıran islamafobiya halları ilə bağlı qəbul edilən qanunlar, müsəlman icmalarının sıxışdırılması kimi neqativ hallar olacaq.
Daha sonra çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Avropanın ölkəmizə qarşı qərəzinin səbəblərindən biri islamofobiyadır.
Qeyd edək ki, “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda tədbir 15 və 16 mart tarixlərində keçiriləcək.
AYTƏN SAKİTQIZI
FARİZ QULUYEV
APA TV