Azərbaycana uçuşlar niyə dayandırıldı?

“Ural Hava Yolları” martın 8-dən 26-dək Azərbaycana uçuşları dayandırıb.

 

Bu barədə çərşənbə axşamı operatorun Telegram kanalında məlumat verilib.

 

Məlumatda deyilir ki, mövcud geosiyasi vəziyyətlə əlaqədar olaraq, “Ural Hava Yolları” Azərbaycana uçuşları dayandırır.

 

Martın 5-də şirkət Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Ermənistan, Azərbaycan və İsrailə uçuşların ləğv edildiyini açıqlayıb.

 

Daşıyıcının mətbuat xidmətinin çərşənbə axşamı TASS-a verdiyi məlumata görə, həmin vaxtdan Azərbaycana uçuşlar qısa müddətə bərpa edilib, lakin indi onlar yenidən ləğv edilməlidir.

 

Müəllif | Apa.Tv
Apa.tv