Azərbaycanda 1 reklamdan 3 min AZN qazanan blogerlər niyə vergi ödəmirlər?

 

Blogerlik fəaliyyəti dünyanın çox yerində asan və əsas qazanc mənbəyi kimi populyarlaşıb. Videokontentlərdə məşhurlaşan şəxslər primitiv, mənasız paylaşımlarla da özlərinə abunə yığırlar. Çünki hazırda ən baxılan səhifələrin sahibləri öz gündəlik həyatlarına aid dəxlisiz videolar bölüşməklə pul qazanırlar. Dünya təcrübəsində blogerlik edənlərin maddi qazancı və reklam gəlirləri vergiyə cəlb olunur. Məsələn Türkiyədə blogerlərin dövlət tərəfindən idarə olunan bank hesabları olmalıdır. Qeyd edək ki, Azərbaycamnda da blogerlik inkişaf edib. Sosial platformalarda məşhurlaşan və blogerlik edənlərin sayı gün-gündən artır. O ki qaldı azərbaycanlı blogerlərin nə qədər qazandığına... ESS…. Keçək əsas məsələyə. Ölkədə bu sahədən gəlir əldə edənlər vergi ödəməlidirmi? Bəs, kimin nə qədər gəlir əldə etdiyini necə müəyyən etmək olar? Dövlət vergi xidmətinin əməkdaşı Günel Bəhramqızının sözlərinə görə, fiziki şəxslərin sosial şəbəkələrdən pul qazanması sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Bununla yanaşı, vergi öhdəliyinin dəqiq müəyyənləşdirilməsi baxımından işin faktiki halları və məsələnin mahiyəti aydınlaşdırılmalıdır.

LƏMAN SALEHOVA RASİM BƏHRAMİ APA TV

Müəllif | Apa.Tv
Apa.tv