Azərbaycanda 113 nəfərdə koronavirus aşkarlandı, 1 nəfər öldü, 40 nəfər sağaldı

Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxub, 40 nəfər sağalıb, bir nəfər isə vəfat edib.

 

Bu barədə APA TV-yə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Qeyd edilib ki, indiyə qədər ölkəmizdə 3387 nəfər koronavirusa yoluxub. Onlardan 2055 nəfər sağalıb, 1333 nəfərin müalicəsi isə davam edir.

 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 235 910 test aparılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv