Azərbaycanda 114 kəndin canı şaxtadan qurtuldu

"Azəriqaz" İstehsalat Birliyində növbəti “Açıq qapı” aksiyası keçirilib.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev bildirib ki,

Vətən Müharibəsindən sonra 200-dən çox şəhid ailəsinin qazlaşma ilə bağlı müraciətlərinə dərhal reaksiya verilib: “Socar Azəriqaz İstehsalat Birliyi olaraq 200-dən çox şəhid ailəsinin qazlaşma prosesi, sayğaclarda yaranmış problemlər, qapı xətlərinin yerinin dəyişdirilməsi- qaz təchizatına aid müraciətə dərhal reaksiya vermişik. Bunu özümüzə Socar Azəriqaz İstehsalat Birliyi olaraq borc bilirik, ölkənin ali səviyyəsində şəhid ailələrinə diqqət göstərilirsə, bizim də borcumuz həmin ali səviyyənin dayanıqlığına töhfə verməkdir”.

 

Tədbirdə o da bildirilib ki, cari il ərzində 114 kənd və yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. “Azəriqaz"ın Yeni Qazlaşma və İnkişaf Şöbəsinin rəisi Teymur Cəfərov bildirib ki, bu günə qədər planın 92%-i tamamlanıb: "İndiyədək 92% qazlaşdırma prosesi aparılıb. Qalan ərazilər isə yanvarın 15-ə kimi başa çatacaq. Bu il əsasən cənub zonasının qazlaşdırılmasına daha çox önəm verilib. Növbəti ildə yeni salınan yaşayış massivlərin qazlaşmasına diqqət ayıracağıq".

 

Qeyd edək ki, qazlaşdırma işləri əsasən "Azəriqaz"ın daxili büdcəsi hesabına aparılıb. 

Müəllif | Apa.Tv
Apa.tv