Azərbaycanda 40 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlandı

Bu gündən Azərbaycanda 40 yaşdan yuxarı şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanılır.

 

APA TV-nin məlumatına görə, həmin şəxslər peyvənd vurdurmaq üçün https://randevu.its.gov.az/ saytından qeydiyyatdan keçməlidirlər.

 

Qeyd edək ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. Ölkədə “Sinovac” şirkətinin "Coronavac" vaksinindən istifadə olunur. 

 

Müəllif | Apa.Tv
Apa.tv