Azərbaycanda 6 nəfər koronavirusdan öldü – İLK DƏFƏ
Azərbaycanda koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 210 nəfər sağalıb.
APA TV-nin məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Onun sözlərinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 8882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 4930 nəfər müalicə olunaraq sağalıb, 108 nəfər vəfat edib, 3844 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ümumilikdə isə ölkədə 362 654 test keçirilib.