Azərbaycanda 850 minə "Qurani-Kərim" satılır - APA TV

 

Azərbaycanda 850 minə "Qurani-Kərim" satılır Azərbaycanda tarixi “Qurani-Kərim” kitabı satışa çıxarılıb. APA TV Lent.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə elan səhifələrindən birində məlumat paylaşılıb. Bildirilib ki, müqəddəs kitabın tarixi 750 il əvvələ, təxminən 1238-ci ilə gedib çıxır. Kitab hərrac yolu ilə satışa qoyulub. Səhifələri papirusdandır. Üz qabığı isə maral dərisindən hazırlanıb. Bu tarixi “Qurani-Kərim”in isə hərracda ilkin qiyməti fantastikdir. Nə az, nə çox 500 min dollar, yəni 850 min Azərbaycan manatı.

Müəllif | Apa.Tv
Apa.tv