Azərbaycanda "Aİ-95" markalı benzin ucuzlaşıb

Bu gün gecə saat 00:00-dan etibarən “Aİ-95” (Premium) markalı benzin ucuzlaşıb.

APA TV-nin xəbərinə görə, “Aİ-95” markalı yanacaq 0,10 manat ucuzlaşaraq 1 manat 10 qəpik olub.

Qeyd edək ki, “Aİ-95” markalı benzinin qiyməti martın 13-də 1 manat 50 qəpikdən 1 manat 20 qəpiyə düşmüşdü.

Müəllif | Apa.Tv
Apa.tv