Azərbaycanda Amerika Ticarət Palatası ilə işgüzar görüş keçirilib

Azərbaycanda Amerika Ticarət Palatası ilə işgüzar görüş keçirilib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun Amerika Ticarət Palatasının birgə təşkilatçılığı ilə videokonfrans formatında keçirilən görüşdə İqtisadiyyat naziri Mikayıl Cabbarov həyata keçirilən sistemli və ardıcıl islahatlar nəticəsində yaradılmış əlverişli biznes və investisiya mühiti, xarici investisiyaların təşviqi sahəsində görülən işlər və s. barədə ətraflı məlumat verib.

ABŞ-la iqtisadi əməkdaşlıqdan danışan nazir diqqətə çatdırıb ki, Azərbaycan ABŞ-la iqtisadi-ticarət əlaqələrinin inkişafında maraqlıdır və əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.

Bildirilib ki, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, tikinti, xidmət və digər sahələrdə  257 ABŞ şirkəti fəaliyyət göstərir.

ABŞ-ın Azərbaycana yatırdığı sərmayələrin həcmi isə iqtisadiyyatın neft-qaz sektorunda 12,8 milyard ABŞ dolları olmaqla, ümumilikdə, 14 milyard dollara çatıb. Bununla da, ABŞ Azərbaycanda ikinci ən böyük investordur.

Görüşdə biznes dairələrini maraqlandıran məsələlər üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.

Müəllif | Apa.Tv
Apa.tv