Azərbaycanda aztəminatlı ailələr üçün marketlər açıla bilərmi?

 

Millət vəkili Razi Nurullayev Milli Məclisdə çıxışı zamanı az təminatlı, maddi rifahı yaxşı olmayan ailələrə kömək məqsədilə supermarketlərin açılmasını təklif edib. Təklif qulağa xoş gəlsə də, gəlin görək belə marketlərin ölkəmizdə açılması mümkündürmü? İqtisadçı ekspert deyir ki, biz azad, liberal iqtisadiyyat yaratmaq, ölkədə ərzaq təhlükəsizliyini təmin etmək istəyiriksə, bütün hallarda azad sahibkarlığın daha da inkişaf etdirilməsinə böyük ehtiyac var. İstənilən təklifin arxasında bir real mexaizm və bu mexanizmi gerçəkləşdirəcək vəsait dayanmalıdır. Ekspert deyir ki, müəyyən bayramlarda ayrı-ayrı sahibkarlar tərəfindən buna oxşar addımlar atılsa da, göründüyü kimi bu daha çox qısamüddətli olur. Onun fikrincə, aztəminatlılar üçün bu tip market şəbəkələrini koorporativ sosial məhsuliyyət xarakterli bir şəbəkə və onu maliyyələşdirən fondlar yarada bilər. İqtisadçı düşünür ki, bütün hallarda sahibkarlarn marağına uyğun gəlmədiyi müddətcə belə bir proses mükün deyil. Ancaq qeyd edək ki, bəzi ölkələrdə bu praktika mövcuddur. Ekspertin sözlərinə görə, Azərbaycanda sosial müavinət alan ailələr, ödəniş alan insanlar var ki, bunun özündə belə problemlər qalmaqdadır. Bu problemlərin həll olunmadığı bir məqamda kimlərinsə ucuz marketlərə buraxılış vəsiqəsi alması, hansısa bir siyahının tərtib olunması qeyri-realdır. AYNUR QARA ARİF ƏLİYEV APA TV

Müəllif | Apa.Tv
Apa.tv