Azərbaycanda benzin ucuzlaşıb

Bu gecə saat 12 dən etibarən  “Aİ-95” premium və “Aİ-98” yəni  super markalı benzinin qiyməti ucuzlaşıb. 

APA Tv xəbər verir ki, “Aİ-95” marka yanacağın qiyməti 1 manat 20 qəpik, “Aİ-98" markalı yancağın qiyməti isə ucuzlaşaraq 1 manat 40  qəpik olub.

Qeyd edək ki, "Aİ-92" və Dizel yanacağının qiymətlərində dəyişiklik olmayıb. 

Xatırladaq ki, son qiymət dəyişikliyinədək "Aİ-95" markalı yanacağın qiyməti 1 manat 50 qəpik, "Aİ-98" markalı yanacağın qiyməti isə  1 manat 60 qəpik olub. 

Müəllif | Apa.Tv
Apa.tv