Azərbaycanda bir gündə 13 şagird koronavirusa yoluxdu

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində COVID-19-la bağlı bu günə olan vəziyyəti açıqlayıb.

 

Nazirlikdən APA TV-yə verilən məlumata görə, bu gün hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 86, işçi heyətinin sayı 3 olub. 

 

Bu gün virusa yoluxmuş şagirdlərin sayı 13, işçi heyətinin sayı 7 nəfər təşkil edib. 

Distant təhsilə keçirilmiş siniflərin sayı 2 olub.

 

Bu günə  qədər distant təhsilə keçən siniflərin sayı 11, məktəb sayı isə 1-dir.

 

Müəllif | Apa.Tv
Apa.tv