Azərbaycanda bu gündən bəzi yumşalmalar olacaq - 1 dəqiqə 10 xəbər 00:00 buraxılışı

  1. Bakıda qadın hündürmərtəbəli binadan düşərək ölüb.
  2. Azərbaycan hərbçisi Zəngilanda minaya düşüb.
  3. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 676 vaksin vurulub.
  4. Azərbaycanlı deputat AŞPA-da məruzəçi seçilib.
  5. Azərbaycan Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edib.
  6. "Taliban" Türkiyəni Əfqanıstanın yenidən qurulmasında iştirak etməyə çağırıb.
  7. Azərbaycanda teatr, kinoteatrlar və kitabxanalar bu gündən açılır.
  8. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 774 yeni yoluxma faktı qeydə alınıb.
  9. Zərdabda həbsdə olan keçmiş bələdiyyə sədri vəfat edib.
  10. Azərbaycanda xüsusi karantin rejimi çərçivəsində bu gündən bəzi yumşalmalar olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv