Azərbaycanda bu kənddə gəzmək mümkün deyil - APA TV
Yağışlı günlərdə uşaqların məktəbə, böyüklərin də işə getmələri üçün bu kənddə mütləqdir ki, hər evdə bir maşın olsun.
APA TV – nin yerli bürosu xəbər verir ki, sözügedən kənd Lənkəran şəhərinə bitişik olan Şiləvar kəndidir. Bir neçə il bundan əvvəl kəndin əsas yoluna döşənilən asfalt örtüyü dağılıb, məhəllə arası yollar isə bərbad vəziyyətdədir.
Sakinlər deyir ki, aidiyyəti orqanlara bu barədə dəfələrlə müraciət etsələr də bir nəticə əldə olunmayıb.
Şiləvar kəndinin yol problemi ilə bağlı rayon icra hakimiyyətindən şifahi olaraq bildirildi ki, kəndin məhəllə yollarının asfaltlanması üçün hal – hazırda vəsait ayrılmayıb. Amma hamarlaması işləri aparılacaq.
İlkin Rzayev
Rövşən Almazoğlu
APA TV Lənkəran