Azərbaycanda bu məkanlara getməyin, kor olarsınız
Gözləri ilə bağlı narahatlığı olan insanlar bəzən vaxta və büdcəyə qənaət məqsədilə klinika əvəzinə optik eynəklər satılan apteklərə üz tuturlar. Apteklərdə isə heç də həmişə öz dərdlərinə dərman tapa bilmirlər. Əksinə dərdlərinin üstünə bir dərd də calanır. Çünki gözün müayinəsinin yanlış aparılması gözdəki problemin daha da dərinləşməsinə səbəb ola bilir. Necə deyərlər, qaş düzəldən yerdə, vurub gözü də çıxarırlar. Optik eynəklərin satıldığı aptekdə çalışan həkim-oftalmoloq Nigar İsayeva da bu cür məkanlarda gözün müayinəsinin əksər hallarda düzgün aparılmadığını deyir. O bildirir ki, Optikalarda göz müayinəsinin aparılmasına nəzarət prosesi ilə bağlı Səhiyyə Nazirliyinin mövqeyini öyrəndik. Nazirliyin Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq Şöbəsinin müfəttişi Elvin Nağıyev qeyd etdi ki, bu cür fəaliyyət ancaq xüsusi lisensiya ilə aparılmalıdır. Həkim-oftalmoloq Qurban İsmayılov bildirir ki, eynək seçimi yaş qruplarına görə fərqli aparılır. Əgər gözdə dəyişiklik varsa, cihazla yoxlanılır. Ancaq təkcə bununla dərəcəni təyin etmək olmaz. O vurğulayır ki, gözün müayinəsi və eynəyin təyin olunması yalnız və yalnız həkim-oftalmoloq tərəfindən aparılmalıdır. Həkimin sözlərinə görə, eynək təyin olunması üçün gözün müayinəsi düzgün aparılmasa və yanlış eynək verilsə, bu insan sağlamlığı üçün bir sıra problemlər yarada bilər. Həkim-oftalmoloq Qurban İsmayılov ildə bir dəfə gözün müayinə olunub eynəyin yenlənməsini də məsləhət görür. Və sonda... Gözlərimizi qorumaq üçün həkim məsləhətinə qulaq asmaqda, eynək alarkən gözümüzü dörd açıb, diqqətli olmaqda fayda var. ORXAN ASLAN HƏZRƏT BAYRAMLI APA TV