Azərbaycanda bu xəstəliyi olanlar övladlığa uşaq götürə bilməz

 

Uzun illər övlad həsrəti çəkən ailələr var ki, “Allah istəsə verəcək, istəməsə yox” ideologiyası ilə ömürlərini başa vururlar. Bəziləri isə taleləri ilə barışmır, çıxış yolu kimi övladlığa uşaq götürməyi düşünürlər. Ailə dağılmasın deyə, hətta keçirici xəstəliklərdən əziyyət çəkənlər də bu yola əl atırlar. Bəlkə də bu səbəbdən məsələ ciddi şəkildə araşdırılır və müəyyən xəstəliklərdən əziyyət çəkənlərin övladlığa uşaq götürməsi mümkünsüzləşir. Bəs uşaq götürməyi qadağan edən hansı xəstəliklərdir? Bu suala Sosial Xidmətlər Agentliyinin şöbə müdiri belə cavab verdi: Əlbəttə ki, övlad sahibi olmaq istəyənlərin sosial statusu da önəmlidir. Övladlığa uşaq götürmək həmin uşağın fiziki, psixoloji-mənəvi tərbiyə olunma hüququnun təmin olunması deməkdir. Çünki bu uşaq cəmiyyətin bir üzvü olmağa hazırlaşır. Övladlığa götürən şəxsin nəinki maddi vəziyyəti, eləcə də, psixi və fiziki sağlığının himayədarlığa uyğun olub-olmadığını göstərən sənədlər tələb olunmalıdır. Psixoloq Aytən Ələkbərovanın sözlərinə görə, hazırda müəyyən xəstəliklərdən əziyyət çəkən qadınlar var və onlar övladlığa uşaq götürmək üçün problemlərini gizlədirlər. Yəni, onsuz da taleyin ümidinə buraxılan uşağı ikinci dəfə qismətin daha sərt üzü ilə üzbəüz qoymaq da insanlığa sığan hal deyil. Ana və ya ata adını qazanmaq üçün hansısa körpənin bədənini bilərkdən zəhərləmək olmaz. Hər halda qanun da bunu deyir, ümumən insanlıq da.

Müəllif | Apa.Tv
Apa.tv