Azərbaycanda daha 14 şagirddə koronavirus aşkarlanıb

Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair məlumat yayıb.

 

Nazirlikdən APA TV-yə verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 13, işçi sayı 3 olub.

 

Koronavirusa yoluxan şagird sayı 14, işçi heyətinin sayı isə 4 nəfər təşkil edib. 

 

Son sutka ərzində Azərbaycanda koronavirus səbəbindən distant təhsilə keçirilmiş siniflərin sayı isə 2, məktəblərin sayı isə 4 olub.

 

Virus səbəbindən distant təhsildə olan 5 sinif yenidən əyani təhsilə keçirilib. 

 

Ümumilikdə distant təhsilə keçirilən siniflərin sayı 52, məktəb sayı isə 24 olub.

 

 

Müəllif | Apa.Tv
Apa.tv