Azərbaycanda daha 3 nəfər koronavirusdan sağalaraq evə buraxıldı

Koronavirus infeksiyasına yoluxduğu müəyyən edilən daha 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıblar.

 

Nazirlər Kabinetinin yanında operativ qərargahdan APA TV-yə bildirilib ki, bu günə olan məlumata görə, ölkədə 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib.

 

Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

 

Müəllif | Apa.Tv
Apa.tv