04:24 8 avqust 2022 191
Ana səhifə Xəbərlər

Azərbaycanda daha 469 nəfər COVID-19-a yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 469 yeni yoluxma faktı qeydə alınıb, 422 nəfər müalicə olunaraq sağalıb. Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 801 939 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 789 034 nəfər müalicə olunaraq sağalıb, 9 760 nəfər vəfat edib, aktiv xəstə sayı 3 145 nəfərdir. Ölkədə son sutka ərzində 3 603, hazırkı dövrədək isə 7 069 761 test aparılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın