Azərbaycanda daha 806 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 806 yeni yoluxma faktı qeydə alınıb, 1 224 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 313 812 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 280 403 nəfər müalicə olunaraq sağalıb, 4 402 nəfər vəfat edib. Aktiv xəstə sayı 29 007 nəfərdir.

 

Müəllif | Apa.Tv
Apa.tv