Azərbaycanda daha bir ailə faciəsi

Qusar rayonunda qətl hadisəsi baş verib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Piral kəndində qeydə alınıb. Kənd sakini 1978-ci il təvəllüdlü Fariq Mollayev 1988-ci il təvəllüdlü həyat yoldaşı Oksana Mollayevi bıçaqlayaraq qətlə yetirib.

 

Qətli törətməkdə şübhəli bilinən Fariq Mollayev saxlanılıb.

 

Prokurorluq Qusarda baş verən qətl barədə məlumat yayıb. Məlumatda bildirilib ki, Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1978-ci il təvəllüdlü Farik Mollayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aksana Mollayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Farik Mollayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

İş üzrə istintaq davam edir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv