17:54 25 may 2023 274
Ana səhifə Xəbərlər

Azərbaycanda danışılmış oyunlara görə 6 futbolçu 2 il , 1 nəfər ömürlük cəzalanıb

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda danışılmış oyunlarla bağlı müzakirələrdən sonra müvafiq qərarlar verilib.

:0Samir Hüseynov danışılmış oyunların təşkil edilməsinə görə futbolla bağlı hər hansı fəaliyyətdən ömürlük məhrum edilib. Onun AFFA və PFL bayrağı altında keçirilən oyunlarda stadiona daxil olmağına qadağa qoyulub.

Altı futbolçu isə danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə cəzalanıb. MOİK-in futbolçuları Kamil Hüseynov, İlham Allahverdiyev, Rüstəm Rüstəmov, Qabil Sabirli, Elşən Veysov, həmçinin əvvəl bu klubda çıxış etmiş, hazırdaAraz Naxçıvan”ın qapıçısı olan Fərman Bayramovun 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulub. Bu oyunçular 6 aydan sonra futbol fəaliyyəti ilə məşğul ola bilər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın