Azərbaycanda dəhşətli qəza: Ölənlər və yaralananlar var

Balakəndə baş verən ağır yol qəzasında iki nəfər ölüb, 5 nəfər xəsarət alıb.

 

APA TV-nin məlumatına görə, hadisə rayonun Talalar kəndi ərazisində qeydə alınıb.

 

Rayonun Şambul kənd sakini 23 yaşlı Elnur Vəliyevin idarə etdiyi “VAZ 2103” markalı minik avtomobili ilə rayon sakini  50 yaşlı Kamran Əhmədova məxsus “Ford Transit” markalı yük maşını toqquşub.

 

Nəticədə minik avtomobilində olan sərnişinlər- rayonun Şambul kənd sakinləri 26 yaşlı İbrahim Musayev və 48 yaşlı İlqar Əhmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüblər.

 

“VAZ 2103” markalı avtomobilinin sürücüsü Elnur Vəliyev, və avtomobildə olan iki sərnişin - 32 yaşlı Şahin Mustafayev, 31 yaşlı Nurlan Musayev,  “Ford” markalı maşının sürücüsü Kamran Əhmədov və onun sərnişini Rəfiqə Eminova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır

 

 

Vüqar  Heydərov, 

Əhməd Fərruxoglu,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv