Azərbaycanda deputatlar koronavirusla bağlı müayinədən keçirildi

Milli Məclisin deputatlarının koronavirusla bağlı həkim müayinəsindən keçmə prosesi bu gün yekunlaşıb.

 

Milli Məclisin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, artıq bir neçə gündür Milli Məclisdə koronavirusla bağlı tədbirlər aparılır. 

 

Bildirilib ki, deputatların hamısı test və müayinə olunub. Onların çoxu dünən Milli Məclisə çağırılıb və müayinədən keçib. Müayinədən keçməyən deputatlar isə bu gün Milli Məclisə dəvət olunublar. Artıq proses yekunlaşıb.

 

Müəllif | Apa.Tv
Apa.tv