Azərbaycanda distant təhsil müddəti uzadılıb

Nazirlər Kabineti Xüsusi karantin rejimi dövründə "Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

APA TV-nin məlumatına görə, qərarın qüvvədə olma müddəti dekabrın 1-dən 30-dək uzadılıb.

Qeyd edək ki, qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir.

Müəllif | Apa.Tv
Apa.tv