Azərbaycanda ən ləziz balıqların satıldığı ünvan

Payız fəslinin növbəti ayına qədəm qoyuruq. Adətən bu aylarda meyvə-tərəvəz bolluğu müşahidə olunur. İnsanlar payızın dadlı, vitaminli meyvə-tərəvəzinin alıb istifadə etmək istəyir. Bakı Sumqayıt şosesində, Saray qəsəbəsi ərazisindən keçən hissəsində yeni fəaliyyətə başlayan “Sizin Bazar” bu fürsəti alıcıların ayağına gətirir. Burada qiymətlərlə istəklər tam üst-üstə düşür.

 

“Sizin Bazar”da bu həftə də endirim kampaniyası davam edir. Burada satışa çıxarılan məhsullar birbaşa regionlarda istehsalla məşğul olan fermerlərdən alınaraq gətirildiyindən həm məhsul çeşidləri bol olur, həm də qiymətlər digər bazarlardan ucuzluğu ilə seçilir.

 

“Sizin bazar”ın əməkdaşı Mehdi Məmmədov deyir ki, hər həftə sonu endirim kampaniyaları davam edir: “Topdan və pərakəndə məhsullar satılır. Nar 60-70 qəpik, Mandarin 1 manat, armud 1 manata təklif olunur. Son zamanlar bir sıra mağaza və bazarlarda kartof və soğanın qiymətində artım müşahidə edilir. Amma Sizin Bazar öz müştərilərinə daha ucuz kartof və soğan təklif edir. Belə ki, kartof 0.70 qəpik-30 kq kartof 22 manatdır. 35 kq soğan 11.50 qəpiyə. Biz müştərilərin məmnunluğu üçün hər zaman ucuz qiymətlər təklif edirik”.

 

Alıcılar burada bütün süd və süd məhsulları, xüsusi qablaşdırılmış turşu məhsullarını daha ucuz qiymətə əldə edə biləcəklər.

 

“Sizin Bazar”ın əməkdaşı Afərim Müşfiqlinin sözlərinə görə isə, günün 24 saatı fəaliyyət göstərən “Sizin Bazar”da kafe də müştərilərinin üzünə açıqdır: ““Gəncə təndir” brendinin istehsalı olan təndir çörəyi və təndir məhsulları müştərilər üçün ən ucuz qiymətə burada təklif olunur. Müştərini məmnun edən digər bir məsələ isə həmin çörəklərin harada necə bişirilməsini öz gözləri ilə görmələridir ”.

 

“Sizin Bazar”da müştərilər mövsüm meyvələrinin yalınız özlərini deyil, həm yeni çəkilmiş şirəsini də ala bilərlər. Hər kəsin sevdiyi nar şirəsi elə müştərinin gözünün qarşısında sıxılır və təqdim edilir. 1 fincan nar şirəsini 0,50 qəpiyə alıb nuş edə bilərsiniz.

 

Mehdi Məmmədov deyir ki, ”Sizin Bazar”ın daha bir özəlliyi isə burada kababların hazırlanmasıdır: “Bazara alış-verişə gələn müştərilər kabab sifariş edib alış verişə başlaya bilərlər. Onlar alış-verişlərini edib bitirincə elə kabablarda hazır olur. Burada hazırladığımız kabablar öz müştərilərini gözləyir”.

 

Sonda isə həftəlik bazar qiymətlərini “Sizin Bazar”ın təqdimatında diqqətinizə çatdırırıq:

 

Kartof 0.60

Soğan 0.35

Xiyar 0.60

Pomidor 2.00

Göyərti 0.14

Banan 1.80

Nar Göyçay 0.60

Heyva 1.00

Karalyok 0.70

Mandarin 1.00

Armud 1.00

Alma qırmızı 0.70

Alma palme 0.70

Üzüm 1.20

Kartof Gədəbəy 0,80 qəpik - 1 azn 

Armud meşə gözəli 1.20

Alma qala 1 azn

Boranı 0.40

 

İsmayıllı pendiri 6 azn      

Motal pendiri 10 azn

Süd 1 litrlik 1.40

Qatıq 0.700qr 1.20

Et dana 9.80

Toyuq mərcan 1 kq 4.2

Kənd yumurtası 1 ədədi 0.30

 

Satıcı Ramin Eyvazov isə alıcılar şad bir xəbər verir: “Bu gündən “Sizin Bazarda” artıq balıq çeşidləri də satışa çıxarılır. 8 manata dəniz balığı olan Sazan, Farel 12 manata, Belamur 8 manata, Xanı balığı 5-6 manata  təqdim edilir. 

 

Qeyd edək ki, bazara gələn müştərilərin rahatlığını təmin etmək üçün xüsusi parkinqlər də yaradılıb ki, müştərilər rahat şəkildə avtomobillərini saxlayıb alış-veriş edə bilsinlər.

 

İlahə Vəliyeva,

Musa Qulammirzəyev,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv