Azərbaycanda endirimli “qırmızı resept” yazılmır – “Belə dərmanlar aptekə buraxılmır” – APA TV

Azərbaycanda endirimli “qırmızı resept” yazılmır – “Belə dərmanlar aptekə buraxılmır” – APA TV Azərbaycanda bəzi xəstəliklərin daşıyıcısı olan vətəndaşlar ödənişsiz dərman preparatları ilə təmin edilir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirildi ki,ölkəmizdə pulsuz dərmanlar yalnız bu kateqoriyadan olan xəstələrə verilir. Bəs İcbari tibbi sığortaya hansı dərmanlar daxildir? paylanılır? Suallarımıza İcbari Tibbi Sığorta üzrə dövlət agenliyindən şifahi olaraq bildirildiki, Ambulator şəraitdə tibb müəssisəsində vətəndaşa icbari tibbi sığorta ilə göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya, dərman və tibbi sərf də ödənişsizdir. Həmçinin orqan transplantasiyası əməliyyatı zamanı dərman təchizatı da Xidmətlər Zərfi ilə təminata alınıb. Qeyd edək ki, Türkiyədə də bəzi dərmanlar pulsuz verilir. Orada “qırmızı resept” də var və bunun köməyi ilə insanlar bahalı dərmanları endirimlə əldə edə bilirlər. Nahalı dərmanlar Azərbaycanda da yüksək endirimli qiymətlərlə satılacaqmı, ölkədə “qırmızı resept” təcrübəsindən istifadə olunacaqmı? İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu sualımıza cavab vermədi. Yəqin bu praktika Azərbaycan üçün hələ aktual deyil. Düzü, insanlar da bundan xəbərsizdir. Axı burada söhbət hansı kateqoriyadan olan, hansı xəstələrə hansı dəmanların verilmısindən getmir. Burada söhbət xarici ölkələrdə daha çox istifadə edilən “qırmızı resept”dən gedir. Hər nə isə! Görünən odur ki, “qırmızı resept” işıqforda qırmızıya düşüb və biz hələ onun yolunu çox gözləyəcəyik.

Müəllif | Apa.Tv
Apa.tv