Azərbaycanda ərə gedən azyaşlı qızlar - DƏHŞƏTLİ STATİSTİKA

2021-ci ildə Azərbaycanda ümumilikdə 56 min 314 nikah qeydə alınıb.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycan gəncləri" statistik məcmuəsində məlumat verilib. Bildirilib ki, ötən il nikaha daxil olan bəylərdən 35 min 418-i 15-29 yaşda olub.

 

Nikaha daxil olan bəylərdən biri 15-17, 169-u 18-19, 9 min 842-si 20-24, 25 min 406-sı 25-29 yaşda olub.

 

2021-ci ildə nikaha daxil olan gəlinlərin sayı isə 46 min 708 olub. Onlardan 137-si 15-17, 11 min 399-u 18-19, 22 min 642-si 20-24, 12 min 530-u 25-29 yaşında olub.

 

Müəllif | Apa.Tv
Apa.tv