Azərbaycanda gec danışan uşaqların sayı niyə sürətlə artır?
Danışmaq, ünsiyyət qurmaq insanın sosial həyatında önəmli proseslərdəndir. Körpənin dil açması valideynlər tərəfindən böyük sevinclə qarşılanır. Ancaq bəzi ailələr uşaqlarının danışmaq ərəfəsində olduğu halda gec dil açmasını müşahidə edirlər. Lakin hər bu cür susqunluq “sonuna kimi danışmayacaq”, yaxud “dilində qüsur olacaq” demək deyil.
Bəs gec dil açmanın səbəbləri nələrdir? Niyə ildən-ilə bu cür azyaşlıların sayı artır?
Psixoloq Fərqanə Mehmanqızı deyir ki, bu cür hallarda uşaqları səbrlə dinləməliyik. Onlara fikirlərini izah edə bilmələri üçün konfort şərait yaratmalıyıq.
Lqoped Nigar Qədirlinin sözlərinə görə, uşaqda baş-beyinlə əlaqəli heç bir xəstəlik yoxdursa, gec danışmaq elə də qorxulu sayılmır.
Mütəxəssilər problemin həllini vaxtında müdaxilənin olunmasında görürlər. Defektoloq-loqoped həkimlərin köməyilə danışığı bərpa edərək inkişaf etdirmək mümkündür.
Nərmin Murad
Xəyal İsgəndərov
APA TV