Azərbaycanda hərbi vəziyyət ləğv olunur

Azərbaycanda hərbi vəziyyət ləğv olunur.

 

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA TV-yə verilən məlumata görə, parlamentin dekabrın 11-də keçiriləcək növbəti iclasında Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarına baxılacaq.

 

Qeyd edək ki, sentyabrın 28-dən Azərbaycan ərazisində hərbi vəziyyət elan olunub.

Müəllif | Apa.Tv
Apa.tv